Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:59

Məhbus məhbusu öldürüb


Qətlin həbsxanada kütləvi dava-dalaşa səbəb olması haqda məlumatlar təsdiqlənmir
Qətlin həbsxanada kütləvi dava-dalaşa səbəb olması haqda məlumatlar təsdiqlənmir
Bakının Böyükşor qəsəbəsində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində ölümlə nəticələnən hadisə baş verib. Qətl avqustun 12-si səhər saatlarında olub. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu sözləri «Turan»ın müxbirilə söhbətində söyləyib.

Baş vermiş insidentlə bağlı avqustun 13-də hadisə yerində olduğunu deyən Behbudovun sözlərinə görə, söyüş üstündə Habil Tağıyev Goranboydan olan məhbus Qalib Həmzəyevi itiləyərək silah halına saldığı xörək qaşığının dəstəyilə vurub. Q.Həmzəyev əməliyyat olunmaq üçün aparılsa da, gecə saatlarında vəfat edib.


Elçin Behbudov bildirib ki, H.Tağıyev kartserə salınıb.


Komitə sədri bir sıra KİV-lərdə bu qətlin 1 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində kütləvi dava-dalaşa, daha bir neçə nəfərin qətlinə səbəb olması ilə bağlı yayılan informasiyaların əsası olmadığını bildirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG