Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:15

Naxçıvanda leysan yağışları dağətəyi kəndlərə xeyli ziyan vurub


Fövqəladə Hallar Nazirliyi əməkdaşlarını fəlakət yerinə göndərməyə hazırlaşır

Fövqəladə Hallar Nazirliyi əməkdaşlarını fəlakət yerinə göndərməyə hazırlaşır

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun dağlıq ərazilərində yağan güclü leysan yağışları dağətəyi kəndlərə xeyli ziyan vurub. Şahbuz rayonunun Biçənək kəndindən verilən məlumata görə, çayın daşması nəticəsində həyətyanı və əkin sahələrinə, eləcədə bir neçə evə ciddi ziyan dəyib. Ziyan dəymiş evlərin sakinləri evdə yaşayışın mümkün olmadığını bildirirlər.

Biçənək kənd sakini Əlizadə Nəbiyev deyir ki, sel üç südverən inəyini aparıb, evi bərbad vəziyyətdədir, əkin sahəsi isə tamamilə yararsız vəziyyətə düşüb: «Bir kəs bizimlə maraqlanmır».


Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyindən «Azadlıq» radiosuna hadisədən xəbərsiz olduqlarını bildirilər. Ancaq nazirlikdən deyiblər ki, dəymiş ziyanın aradan qaldırılması üçün üzərlərinə düşən bütün işləri görməyə hazırdırlar. Nazirlik həmçinin əməkdaşlarını fəlakət yerinə göndərməyə hazırlaşır.


Günün bütün mövzuları

XS
SM
MD
LG