Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:30

Yaxın vaxtlarda Düşənbədə Azərbaycan səfirliyi açılacaq


İmomali Rahmon İlham Əliyevi bu ilin oktyabrında ölkəsinə işgüzar səfərə dəvət edib

İmomali Rahmon İlham Əliyevi bu ilin oktyabrında ölkəsinə işgüzar səfərə dəvət edib

Avqustun 13-də Tacikistan prezidenti İmomali Rahmon Bakıya rəsmi səfərə gəlib.


Hər iki ölkə arasında vergilər, təhsil, rabitə, ədliyyə və s. sahələri əhatə edən 9 sənəd imzalanıb. Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyev və Tacikistan prezidenti İmomali Rahmon «Bakı bəyannaməsi» imzalayıblar.


Prezidentlər birgə mətbuat konfransında İlham Əliyev deyib: «Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşür». Dövlət başçısı yaxın vaxtlarda Düşənbədə Azərbaycan səfirliyinin açılacağını vurğulayıb.


Öz növbəsində İmomali Rahmon Azərbaycana səfərindən məmnun olduğunu bildirib. O, azərbaycanlı həmkarını MDB dövlət başçılarının Düşənbədə keçiriləcək növbəti sammitində iştirak etmək üçün bu ilin oktyabrında ölkəsinə işgüzar səfərə dəvət edib.


2007-ci ilin martın 15-16-da İlham Əliyev Tacikistanda səfərdə olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG