Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:11

«Yananın Azərbaycandan çıxarılmasını eşidəndə, şoka düşdük»


Yana Amelina Azərbaycanda yaşayan talışlar haqda material hazırlamaq istəyib
Yana Amelina Azərbaycanda yaşayan talışlar haqda material hazırlamaq istəyib

«Biz müxbirimiz Yana Amelinanın Azərbaycandan çıxarılmasını eşidəndə şoka düşdük, çünki o, elə bir jurnalistdir ki, onu qanunların pozulmasında, yaxud Azərbaycanın hakimiyyət nümayəndələrinin dediyi kimi milli ədavətin qızışdırılmasında günahlandırmaq mümkün deyil».


Bunu «Azadlıq» radiosuna müsahibəsində Rusiyanın «Rosbalt» informasiya agentliyinin redaktor müavini Yana Morozova bildirib. Redaktor müavini deyib ki, deportasiyanın rəsmi izahı belə olub ki, Yana Amelina icazəsiz olaraq Qarabağa səfər edib:


« Yana orda Dağlıq Qarabağdakı son prezident seçkilər haqda məlumatlar hazırlayıb. Bundan əvvəl bununla bağlı problemlər olmayıb, bizim agentlik Qarabağa əvvəllər də səfərlər edib-həm Yana , həm də başqa müxbirlər. Güman etmək olar ki, deportasiyanın səbəbi odur ki, Yana öz səfəri çərçivəsində talışların nümayəndələri ilə görüşüb».


Redaktor müavini deyib ki, müxbirləri regiona səfər çərçivəsində həm də Azərbaycanda yaşayan talışlar haqda material hazırlamaq istəyib. O, bu haqda yazılarla əvvəllər də çıxış edib.


«Rosbalt» agentliyi 2000-ci ildə yaradılıb, mərkəzi ofisi Sankt-Peterburqda yerləşir. Agentlik öz saytında fəaliyyəti haqda yazır ki, «məzmun baxımından diqqəti Rusiyanın demokratik inkişafı və iqtisadi potensialının genişlənməsi, beynəlxalq siyasi və iqtisadi əməkdaşlıq, qloballaşma, qloballaşan dünyada insanın etnik və mədəni özünüdərkinə yönəldirlər».


«Rosbalt»ın müxbiri Yana Amelina avqustun 12-si Azərbaycandan deportasiya edilib. O, Lənkəranda saxlanıb və ölkə ərazisindən çıxarılıb. Məlumatı təsdiqləyən Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirirlər ki, jurnalist Azərbaycanda müvəqqəti yaşamaq üçün lazımi sənədlərə malik olmayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim isə deyib ki, Azərbaycana gələn hər bir xarici jurnalist akkreditasiyadan keçməlidir:


«Bizdə Yana Amelina adlı jurnalist akkreditasiyadan keçməyib».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG