Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:41

İyulda mətbuata qarşı 9 məhkəmə iddiası qaldırılıb


İyulda mətbuata qarşı qarayaxma iddiaları ilə bağlı 30-dan artıq məhkəmə iclası keçirilib

İyulda mətbuata qarşı qarayaxma iddiaları ilə bağlı 30-dan artıq məhkəmə iclası keçirilib

İyulda mətbuata qarşı qarayaxma iddiaları ilə bağlı 30-dan artıq məhkəmə iclası keçirilib. Qarayaxma adı altında daha 9 iddia qaldırılıb. Bu, Media Hüququ İnstitutunun keçirdiyi monitorinqin nəticəsində bəlli olub.


Monitorinq diffamasiyaya dair məhkəmə işləri üzrə Avrasiya Fondu və USAİD-nin dəstəklədiyi «Azad və müstəqil media üçün hüquqi mühitin monitorinqi, analizi və ictimai müzakirələr» layihəsi çərçivəsində hazırlanıb. Layihənin direktoru Xalid Ağaliyevin verdiyi məlumata əsasən, 9 iddiadan ikisi - hakimiyyətə yaxın «Səs» və müstəqil «Alternativ» qəzetlərinə qarşı xüsusi ittiham qaydasında qaldırılan şikayət barışıqla başa çatıb: «Müxalifət», «Kriminal Aləm» və «Mühakimə» qəzetlərinin hər birinin 50.000, jurnalistlər İlqar Vəliyevdən 30.000, Rövşən Kəbirlidən 20.000 manat ödənc istəyən İctimai Televiziyanın bölgə əməkdaşı Əminə Rəhimovanın iddiası icraata götürülüb. Dövlət Yol Polisi İdarəsi məsulunun «Azadlıq» qəzetindən 50 000 manat təzminat istəməsi, Səbayil Məhkəməsinin «Bakı Xəbər» qəzetinin fəaliyyətini durdurmasına səbəb olan qətnaməni dəyişməkdən imtina etməsi hesabatda əksini tapıb».


Azərbaycanın məhkəmə hakimiyyəti Avropa Məhkəməsi standartlarının Azərbaycanda tətbiqi yolunda ilk addımlardan birini atıb. Xalid Ağaliyevin sözlərinə görə, Yasamal Məhkəməsi qarayaxma ilə bağlı xüsusi ittiham qaydasında «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsini tələb edən məmurun şikayətini rədd edib.


İyulda «Müxalifət» qəzetinin əməkdaşlarının apellyasiya şikayəti baxılmamış qalıb. «Gündəlik Azərbaycan» və «Relnıy Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı daha ağır rəsmi ittihamlar irəli sürülüb.



Günün bütün mövzuları

XS
SM
MD
LG