Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

«Müxalifət»çilər məhkəmə baxışında iştirakdan imtina edirlər


Jurnalistlərin apellyasiya şikayətinə dair növbəti məhkəmə iclası avqustun 16-da olacaq

Jurnalistlərin apellyasiya şikayətinə dair növbəti məhkəmə iclası avqustun 16-da olacaq

«Müxalifət» qəzetinin həbsdə olan əməkdaşları Yaşar Ağazadə və Rövşən Kəbirli məhkəmə baxışında iştirak etməkdən imtina edirlər.


Bu barədə «Azadlıq» radiosuna onların vəkili Rəşid Hacılı bildirib. Jurnalistlər məhkəməyə qandalla gətirilmələrinə və iclas zalında qəfəsdə oturmalarına etiraz edirlər. Jurnalistlər ictimaiyyət qarşısına bu formada çıxardılmalarını ləyaqətlərinin alçaldılması kimi qiymətləndirir.


Rəşid Hacılı deyir ki, ötən məhkəmədə Yaşar Ağazadənin iştirakdan imtina etməsinə baxmayaraq o, iclasa zorla gətirilib.


«Müxalifət»çilər saxlanma şəraitlərindən də narazıdırlar. Jurnalistlərin apellyasiya şikayətinə dair növbəti məhkəmə iclası avqustun 16-da olacaq.


«Müxalifət»çilər dövlət başçısının əmisi, deputat Cəlal Əliyevin şikayəti əsasında 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG