Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:52

Azərbaycanlı ziyalılar işgəncələrə son qoyulmasını tələb edir


İran həbsxanalarında saxlanılan azərbaycanlı fəallara işgəncələr davam edir
İran həbsxanalarında saxlanılan azərbaycanlı fəallara işgəncələr davam edir

Avqust 10-da yayılan məktub İranın milli məclisi «Şura-i İslami», Ali Məhkəmənin sədri, mətbuat və rəsmi xəbər agentlikləri, ölkə daxilindəki humanitar təşkilatlar, o cümlədən Siyasi Məhbusları Müdafiə Cəmiyyəti, İnsan Haqlarını Müdafiə Mərkəzi və İslam İnsan Hüquqları Təşkilatına ünvanlanıb.


İran Azərbaycanında milli hərəkatın mövcud olduğunu bildirə ziyalılar İran hakimiyyətinin BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinə zidd getdiyini bildirir. Həmin Bəyannamənin 5-ci bəndi yada salınır: «Heç kim işgəncəyə və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır».


Məktubu imzalayanlar dinc yolla milli haqlarını tələb edən azərbaycanlıların həbs və işgəncəsini pisləyir və bunun İran İslam Respublikası Konstitusiyasına da zidd olduğunu bildirir.


Onlar 70 gün əvvəl Zəncanda həbs edilən jurnalist və insan haqları müdafiəçiləri Səid Mətinpur, Bəhruz Səfəri və Cəlil Qənilunun dərhal azad edilməsini tələb edirlər. Bəyanatda bu şəxslərin ağır işgəncə edildiyi, ailə üzvlərinin təzyiq və təhdidlərə məruz qaldığı bildirilir.


Adı çəkilən fəallar hazırda Tehranın Evin zindanına saxlanılır.


Eyni zamanda üç aydan çoxdur məhkəməsiz Təbriz həbsxanasında saxlanılan başqa fəal-Əmir Abbas Bənayi Kaziminin avqustun 8-də şəhərin hərbi istintaq mərkəzlərindən birinə aparıldığı bildirilir.


Bu xəbəri yayan «Savalan Səsi» Təbriz zindanından yenicə azad edilən başqa fəalların sözlərinə əsaslanır. Həmin məlumata əsasən işgəncələrə məruz qalan gənc məhbusun vəziyyəti ağırdır və ETTELAAT onun valideynlərini təhdid edib ki, bu barədə insan haqları təşkilatları və xəbər agentliklərinə məlumat verdikləri təqdirdə cəzalandırılacaqlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG