Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

Taliblərin 2 girovu buraxması ilə bağlı ziddiyyətli xəbərlər yayılıb


Taliban iyulun 19-da Əfqanıstanda çalışan 23 koreyalı könüllünü əsir götürüb

Taliban iyulun 19-da Əfqanıstanda çalışan 23 koreyalı könüllünü əsir götürüb

Avqustun 12-də Talibanın girov götürdüyü 21 cənubi koreyalıdan iki qadının buraxılması ilə bağlı ziddiyyətli xəbərlər yayılıb. «Assotiated Press» agentliyi Taliban sözçüsü Qari Yusif Əhmədiyə istinadən bildirir ki, səhhətində problem olan iki qadın girovu azad edəcək. Lakin girovların nə vaxt azad ediləcəyi haqqında hələlik razılığa gəlinməyib. Cənubi Koreyanın «Yonhap» xəbər agentliyi isə eyni şəxsə-Taliban sözçüsü Qari Yusif Əhmədiyə istinadən bildirir ki, yaraqlılar iki girov qadını azad etməkdən boyun qaçırırlar.


Cənubi Koreyanın hökumət nümayəndələri 21 girov həmvətənini azad etmək üçün Taliban nümayəndələri ilə görüşüblər. Taliban vasitəçisi bildirib ki, Cənubi Koreya nümayəndələri ilə aparılan danışıqlar yaxşı gedir və girovların azadlığa buraxması üçün razılığa gəlinə bilər.


Taliban iyulun 19-da Əfqanıstanda çalışan 23 koreyalı könüllünü əsir götürüb. Onların əksəriyyəti qadınlardır. Taliban Əfqanıstan hökumətindən tələb edir ki, girovların yerinə həbsdə saxlanılan talibləri azad etsin. Tələbi yerinə yetirilmədiyinə görə 2 kişi girov güllələnib.


Günün bütün mövzuları

XS
SM
MD
LG