Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:57

«Hökumət çörəyin bahalaşmasının qarşısını ala bilmədi»


«Ümumilikdə çörək-bulka məmulatları bazarı get-gedə daha qarma-qarışıq olur»
«Ümumilikdə çörək-bulka məmulatları bazarı get-gedə daha qarma-qarışıq olur»

«Azadlıq» qəzetindəki «Hökumət çörəyin bahalaşmasının qarşısını ala bilmədi» başlıqlı məqalədə bildirilir ki, hökumətin taxılın idxalından ƏDV-ni ləğv etməklə bazarda çörək məhsullarının qiymətini sabitləşdirmək cəhdi boşa çıxıb. Bütün standart çörək bulkaları əvvəlki qiymətin - 20 qəpik saxlanması ilə ən aşağı həddə - 300 qrama çatıb. Qəzet yazır ki, bu isə çörəyinin qiymətinin ƏDV-nin ləğvindən sonra ən azı 25% artması deməkdir: «Əgər nəzərə alsaq ki, bu ilin yazında çörəyin çəkisi 500-550 qram idi, iyulda, dünyada taxılın qiyməti birdən artdıqda isə cəmi 400-450 qrama düşmüşdü, onda belə çıxır ki, son 2-3 ayda qiymət 40% artıb». «Azadlıq» yazır ki, ümumilikdə çörək-bulka məmulatları bazarı get-gedə daha qarma-qarışıq olur və «siçan-pişik» oyununu xatırladır: «Bu oyuna məmurlar - sahibkarlar - istehlakçılar - başqaları cəlb olunub. Oyunda hökumətin növbəti addımlarının necə olacağı hələ aydın deyil».


«Yeni Müsavat» qəzetindəki «Obyekiləri sökülən sahibkarlar məhkəməyə müraciət edəcək» başlıqlı məqalədə bildirilir ki, Nərimanov rayonu, Dərnəgül şosesi yaxınlığında yerləşən müəssisələrin «Azərenerji» Səhmdar Cəmiyyəti tərəfindən sökülməsi davam edir. Cəmiyyətin əməkdaşı qəzetə verdiyi açıqlamasında ərazidə yeni yarımstansiyanın tikiləcəyini və sahibkarların ərazini qeyri-qanuni zəbt etdiyini bildirib. Sahibkarlar isə ərazidə tam qanuni şəkildə fəaliyyət göstərdiklərini və illər uzunu dövlətə vergi ödədiklərini söyləyiblər. «Yeni Müsavat» yazır ki, avqustun 10-da gün ərzində «Azərenerji»nin əməkdaşları ərazidəki müəssisələrin sökülməsini davam etdirib: «Biz ərazidə olarkən sahibkarlarla «Azərenerji»nin nümayəndələri arasında insident baş verdi. Sahibkarlar qısa müddət ərzində zavodların sökülməsinin mümkünsüz olduğunu bildirsə də, qarşı tərəf zavodların uçurdulacağını deyirdi. Bizimlə söhbət edən sahibkarlar görünməmiş haqsızlıqla üzləşdiklərini söylədilər. Onların sözlərinə görə, zavod və sexlərin əksəriyyəti ərazidə 2001-ci ildən fəaliyyət göstərir. Müəssisələr Ədliyyə, Vergilər və İqtisadi İnkişaf nazirliklərində qeydiyyatdan keçib. Bundan əlavə Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov bələdiyyəsi sahibkarlarla müqavilə imzalayaraq ərazini uzunmüddətli icarəyə veriblər». Sahibkarlar «Yeni Müsavat»ın əməkdaşına həmçinin yaxın günlərdə məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.


«Ayna» qəzetindəki «On minlərlə seçicinin hüququ pozulur» başlıqlı məqalədə deyilir ki, Milli Məclisə boş qalmış iki deputat yerinə seçkilərin nə zaman keçirilməsi məsələsi hələ də açıq qalır. Mərkəzi Seçki Komissiyası rəsmiləri mətbuata açıqlamalarında bildirirlər ki, seçkiləri təyin etmək dövlət başçısının səlahiyyətindədir. Məsələ ilə bağlı mövqeyini qəzetə bildirən ekspertlər deyiblər ki, Seçki Məcəlləsinin 176.4-cü maddəsinə müvafiq olaraq deputat mandatının boş qalmasından sonra bir ay müddətində əlavə seçkilər təyin edilməlidir. «Ayna» Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyevanın və Hüseyn Abdullayevin boş qalmış deputat yerinə seçkilərin hələ də keçirilməməsini kobud qanun pozuntusu kimi dəyərləndirir: «Orta hesabla hər bir deputat 40 min seçicini təmsil edir. Bu gün onların faktiki olaraq özlərinə səlahiyyətli nümayəndə seçmək hüquqları pozulub».


XS
SM
MD
LG