Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

İnsan oğurluğu əleyhinə keçirilən piket dağıdılıb


Aksiyaçılar Daxili İşlər naziri və prokurorun istefasını tələb ediblər

Aksiyaçılar Daxili İşlər naziri və prokurorun istefasını tələb ediblər

Dağıstanın hökumət binası qarşısında «Dağıstan qadınları insan haqları uğrunda» təşkilatının üzvləri piket keçiriblər.

30-a yaxın adam respublikanın Daxili İşlər naziri və prokurorunun istefasını tələb edən, hüquq-mühafizə orqanları əməkdaşlarını təqsirləndirən plakatlar qaldırıblar.


Aksiya təşkilatçılarının fikrincə, 20-dək gənc dağıstanlının izsiz yoxa çıxması məhz xüsusi xidmət orqanlarının işidir. Onları 2004-2006-cı illərdə oğurlayıblar. Bütün hallarda oğru qismində kamuflyaj formasındakı adamlar iştirak ediblər.


Piketçilər Dağıstan Təhlükəsizlik Şurasının katibi ilə danışıqlar təklifinə məhəl qoymayıblar və respublika prezidentilə görüş tələb ediblər. Bunun cavabında milis əməkdaşları aksiyaçılara hücum ediblər. Onlar insanların əlindən plakatları qoparıb, beşinci federal kanalın müxbirinin isə aparatını alıblar. Aksiyanın iki fəal iştirakçısını milislər məntəqəyə aparıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG