Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:50

Baptist keşişə 2 illik həbs cəzası verilib


«Keşişə qarşı ittihamlar doğru deyil və bu həbs baptist icmasına qarşı təzyiqdir»
«Keşişə qarşı ittihamlar doğru deyil və bu həbs baptist icmasına qarşı təzyiqdir»
Avqustun 8-də Zaqatalada baptist keşiş Zaur Balayevə 2 illik həbs cəzası veriblər.

Bu haqda Norveçdə yerləşən dini azadlıqların müdafiəsi ilə məşğul olan «Forum 18» təşkilatı məlumat yayıb. Azərbaycandakı baptist icmasının rəhbəri İlya Zinçenko təşkilata bildirib ki, hakim Seyfəli Seyfəliyev sadəcə hökmü elan edib, qərarı hansı sübutlarla əsaslandırması haqda heç bir söz deməyib.

Zinçenko deyib ki, hökmdən yuxarı instansiyaya şikayət verəcəklər. O, «Forum 18» təşkilatına deyib ki, keşişə qarşı ittihamlar doğru deyil və bu həbs baptist icmasına qarşı təzyiqdir.


44 yaşlı Zaur Balayev bu il mayın 20-də hakimiyyət nümayəndələrinə zorakılıqda ittiham edilərək həbs edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG