Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:49

Müxalif KİV-ləri köçürürlər


Jurnalistlərə bazar qiyməti ilə başqa bina icarələmək tövsiyə olunur

Jurnalistlərə bazar qiyməti ilə başqa bina icarələmək tövsiyə olunur

Avqustun 10-da Tbilisinin mərkəzindəki «Samşoblo» nəşriyyatında yerləşən müxalif KİV-lərin köçürülməsinə başlanıb. Səhər tezdən polis binanı mühasirəyə alıb və hadisə yerinə dərhal gələn jurnalistlərin müqavimətinə baxmayaraq, redaksiyaların əmlakını küçəyə çıxarmağa başlayıb.

Hakimiyyət bu yolla müstəqil KİV-ləri məhv etməyə çalışdığı haqda ittihamları rədd edib. Tbilisinin meri Qiqi Uqulava deyib ki, söhbət əmlak mübahisəsindən və müəyyən media qrupun özgə əmlakına yiyələnmək cəhdindən gedir. O, jurnalistlərə bazar qiyməti ilə başqa bina icarələməyi tövsiyə edib.


«Samşoblo» nəşriyyatı dövlətə məxsusdur. Gürcüstanın İqtisadiyyat Nazirliyi dəfələrlə binanı auksionda satmağa cəhd edib. Amma özəl təşkilatlar, o cümlədən, «Kavkasiya» televiziyası və «Sakartvelos respublika» qəzeti binanı tərk etməkdən boyun qaçırıb.


İqtisadiyyat Nazirliyi və Tbilisi meri dəfələrlə bəyan edib ki, dövlət binasında yerləşən bu və digər özəl təşkilatlar faktiki olaraq icarəyə görə heç nə ödəmirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG