Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:52

«Dərnəgül yolu yaxınlığında müəssisələr sökülür»


Nərimanov rayonu, 2095 və 2096-cı məhəllələrdə yerləşən istehsal müəssisələri sökülüb

Nərimanov rayonu, 2095 və 2096-cı məhəllələrdə yerləşən istehsal müəssisələri sökülüb

Avqustun 9-da axşam saatlarında Nərimanov rayonu, 2095 və 2096-cı məhəllələrdə yerləşən istehsal müəssisələri sökülüb. Müəssisələrin sökülməsinə səbəb kimi, «Azərenerji» Səhmdar Cəmiyyətinin ərazidə yeni yarımstansiya tikməsi göstərilir. «Yeni Müsavat»ın əməkdaşı hadisə yerinə çatanda ərazidə söküntü işlərinin getdiyinin şahidi olub. «Azərenerji»nin əməkdaşları isə sahibkarların hadisəyə etirazlarına sərt reaksiya verirdilər.


Sahibkarlardan biri «Yeni Müsavat»a deyib: «Azərenerji»nin işçiləri məni və fəhlələrimi döyüb, nalayiq söyüşlərlə təhqir ediblər. Gördüyünüz kimi qolum zədələnib, köynəyim cırılıb. Fəhlələrdən də xəsarət alanlar var».


«Bir neçə gün əvvəl Dəvəçi rayonunun Dağ Brizi kəndində itkin düşmüş bacılardan 14 yaşlı Nailə Məcidovanın meyiti tapılıb. Qızın cəsədi Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində aşkarlanıb. Cəsəd əvvəlcə tibbi ekspertizaya göndərilib. Bundan sonra dəfn olunması üçün ailəsinə verilib». «Ekspress»in «İki bacının dəhşətli müsibəti» adlı məqalədə belə yazılıb.


«Mərkəz» qəzeti Azərbaycanda dublyaj olunan filmlərin səviyyəsi barədə araşdırma dərc edib. Məqalə «Xəstə dublyaj» adlanır. «Dublyajda nəzərə çarpan ən böyük çatışmazlıq aktyorların səsində emosiyaların hiss olunmamasıdır. Hətta hərdən adamı elə gəlir ki, seyr etdiyi filmi, ümumiyyətlə, düzgün tərcümə etmirlər. Çünki ekranda gördüyümüz təsvirlə səsin tonu uyğun gəlmir».


«525» prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımova istinadən yazır: «Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər uğurla inkişaf edir». Mətbuat katibi daha sonra vurğulayıb: «Azərbaycan və Qazaxıstan yerləşdiyi regionlarda dinamik inkişaf edən ölkələrdir. Ölkələrimiz arasında qarşılıqlı əlaqələr bundan sonra da yüksələn templə davam edəcək».


Günün bütün mövzuları

XS
SM
MD
LG