Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:22

«Demokratik institutlar qurmaq üçün siyasi iradə lazımdır»


«Müharibə Azərbaycanın gələcəyini məhv edərdi»

«Müharibə Azərbaycanın gələcəyini məhv edərdi»

ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Daniel Frid «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibədə avqustun 3-də baş tutan demokratiya və insan haqlarına dair ABŞ - Azərbaycan dialoqunun nəticələri, həmçinin başqa aktual məsələlər müzakirə olunur. Müsahibəni təqdim edirik:


- ABŞ-ın Azərbaycandakı siyasətinin tənqidçiləri deyirlər ki, Amerikanın Azərbaycanla təhlükəsizlik və enerji sahələrində strateji münasibətləri var. Lakin onlar qeyd edirlər ki, ABŞ Azərbaycanda demokratik inkişaf üçün kifayət qədər iş görmür?

- Mənim bu haqda məlumatım var və deyərdim ki, bu, düzgün fikir deyil. Əgər biz Azərbaycanda demokratiyanın olması ilə maraqlanmasaydıq, Azərbaycanla heç bir dialoqa getməzdik. Azərbaycan hökuməti bilir ki, bu, bizim üçün əhəmiyyətlidir və demokratiya sahəsində tərəqqi bizim münasibətlərimizin dərinləşdiyini və daha möhkəm olduğunu göstərir. Tərəqqinin olmaması onu göstərir ki, problemlər bizim münasibətimizə daimi maneə olacaq.


Aydın məsələdir ki, Bakıdakı bəzi QHT-lər və insan haqlarını müdafiə təşkilatları Azərbaycanda demokratiya sahəsində olan problemlər və çatışmazlıqlardan narahatdırlar. Biz onlarla əlaqə saxlayırıq və öz narahatlığımızı bölüşürük. Lakin biz elə bir yol tapmalıyıq ki, bütün maraqlarımızı dərhal araşdıraq. Elə etmək lazımdır ki, bizim təhlükəsizlik və iqtisadiyyat sahəsindəki maraqlarımız azadlıq sahəsindəki maraqlarımızı zəiflətməsin və eyni zamanda, bizim azadlıq və demokratiya maraqlarımız və vəzifələrimiz başqa sahələrdə əməkdaşlığımızı iflic vəziyyətinə gətirməsin


- Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı əsas narahatlığınız nədir?


- Azərbaycan həm sovet dövrünün qalıqlarından xilas olmağa, həm də bir xalq kimi öz haqlarını aydınlaşdırmağa çalışır. Təsirli demokratik institutlar qurmaq üçün isə həm vaxt, həm də siyasi iradə tələb olunur. Buna görə də biz mövcud problemlər barədə dəqiq olmalıyıq və xüsusi ilə media sahəsində problemlər var. Lakin eyni zamanda, biz azad media institutları yaratmaqda və bunu təcrübədən keçirməkdə Azərbaycana kömək etmək istəyirik.


- Demək olarmı ki, davam edən dialoqların birbaşa nəticəsi olacaq? Siz necə fikirləşirsiniz, hökumət hazırda həbsdə olan 7 jurnalisti azda edəcəkmi? ABŞ Dövlət Departamenti, beynəlxalq təşkilatlar bu məsələni dəfələrlə gündəmə gətiriblər.


- Onlar bu problemin həlli yollarını mütləq tapmalıdırlar. Mən deyə bilmərəm bunun üçün nələr ediləcək. Çünki Azərbaycan hökuməti qərarını özü verəcək. Ümid edirəm ki, nəticələr yaxşı olacaq. Amma buna təminat verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, Azərbaycan hökuməti üçün bizim dediklərimizi eşitmək ağır olsa belə, biz bu məsələləri qaldırmaqda davam edəcəyik. Mən heç də elə təəssürat oyatmaq istəmirəm ki, bizim müzakirələrimiz konfrontasiya ilə keçir. Bu, belə deyil. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov amerikalıları çox yaxşı tanıyır. O, bizim narahatlığımızı bilir. O, bilir ki, narahatlıqlarımızı ifadə etməkdə biz nə qədər ciddiyik. Mənə elə gəlir ki, o, bunlara xoş məramla yanaşdı, bizi diqqətlə dinlədi. Bizim birlikdə işləyə biləcəyimiz sahələr haqqında da müzakirəmiz oldu.


- İndi Ermənistan və Azərbaycan tərəfi seçkilərə gedir. Sülh prosesinin gedişində imkan azalıbmı? Fikirləşirsizmi ki, prezidentlər şansı qaçırıblar?


- Mən bu məsləyə tənqidi yanaşmaq istəməzdim. Vasitəçilərin son danışığının bizim istədiyimiz nəticəni verməməsi hamımızı məyus etdi. Əlbəttə ki, yaxşı nəticə verən danışıqlar da olub. Müəyyən irəliləyiş var. Mən ümid edirəm ki, hər iki ölkənin rəhbərləri bu məsələnin həllində daha da irəli getmək üçün yollar tapacaqlar. Bu, hamının marağında olan bir məsələdir. Əgər Azərbaycan müharibə yolunu seçərsə, müharibə Azərbaycanın gələcəyini məhv edə bilər və ölkəyə heç bir xeyir gətirməyəcək. Məsələnin sülh yolu ilə həlli əsas prioritet olmalıdır. Məncə, bu, mümkün bir addımdır.


- Siz Azərbaycan dövlət nümayəndələri ilə daimi kontaktda olursunuz. Necə fikirləşirsiniz, Azərbaycan hökuməti demokratiyaya sadiqdirmi?

- Məncə, hökumətin müasir, yaxşı təşkil olunmuş ölkə haqqında təsəvvürü var və onlar bizimlə institutların qurulması layihələrində işləməyə meyllidirlər. Məncə, problem ondadır ki, Azərbaycanda institutlar azdır. Azərbaycanın hələ də güclü, müstəqil məhkəmə qurmağa ehtiyacı var. Azərbaycanda qanunun rolu gücləndirilməli, ölkədə müstəqil hökumət institutları qurulmalıdır, hansı ki, bunlar iqtisadiyyatın əsil tənzimləyiciləri olacaqlar. Beləliklə görüləcək çox iş var.


- Bəs Sizin Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı fikriniz necədir? Bu mövzu indi gündəmdədirmi?


- Biz indi Rusiya ilə bunu müzakirə edirik. Biz fikirləşirdik ki, Rusiya prezidenti maraqlı bir təklif edib. Biz həmin an əmin idik ki, Azərbaycan hökuməti buna etiraz etməyəcək. Biz Azərbaycan hökuməti ilə məsləhətləşmədən onun ərazisində Rusiya ilə hər hansı bir iş görmək fikrində deyilik. Bu, həmin ölkənin suverenliyinə təsir edir. Bu məsələ gündəmdədir. Biz Rusiya ilə işləmək istəyirik və onun təklifi bizim üçün maraqlıdır. Bu, bizim Polşa və Çexiyada etmək istədiyimizin əvəzi deyil. Yaxşı olardı ki, bütün bu təkliflər böyük bir sistemdə bir araya gətirilsin və hər kəsi müdafiə ilə təmin etsin.


Günün bütün mövzuları

XS
SM
MD
LG