Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:05

«Müxalifət»çilərin apellyasiya şikayətinə yenidən baxılacaq


«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə redaktoru Yaşar Ağazadənin apellyasiya şikayətinə yenidən baxılacaq. Media Hüququ İnstitutunun açıqlamasına görə, buna səbəb hakim korpusunda baş verən dəyişikliklərdi. Belə ki, iyulun 4-də keçirilən məhkəmə prosesində məhkəmə heyəti qərar vermək üçün müşavirəyə getsə də, ötən bir ay ərzində qətnamə çıxarılmayıb. Bu müddətdə isə ölkə başçısının fərmanıyla hakim korpusunda dəyişikliklər baş vermişdi. Qanunvericiliyin tələblərinə əsasən isə məhkəmə şikayətə yenidən baxmalıdı.


Media Hüququ İnstitutundan bildirirlər ki, jurnalistlərin apellyasiya şikayətinə avqustun 13-də baxılacaq.


R.Kəbirli və Y.Ağazadə Yasamal Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


XS
SM
MD
LG