Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:36

Bakıda MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurası ekspertlərinin iclası keçirilir


Avqustun 9-da Bakıda MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurası ekspertlərinin iclası başlayıb. İclasa Ermənistan tərəfinin də nümayəndələri qatılıb.


Azərbaycan Daxili İşlər nazirinin müavini Əsgər Ələkbərov bildirib ki, ekspertlər sentyabr ayında MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirəcəyi toplantıda müzakirə ediləcək sənədləri hazırlayacaqlar. Onun sözlərinə görə, hələlik on iki məsələnin müzakirəsi gündəmdədir. Belə ki, ekspertlər beynəlxalq terrorizm, insan alveri, axtarışda olan şəxslərin tutulub təhvil verilməsi, narkotik vasitələrin dövriyyəsinə və transmilli cinayətkarlığa qarşı mübarizə, kadr hazırlığı kimi məsələlərin müzakirəsini təklif edirlər.


İclas iki gün davam edəcək.


XS
SM
MD
LG