Elmar Qasımov həmçinin ölkədə kompyuter proqramçılarına və təyyarəçilərə ehtiyac olduğunu bildirib: «Ölkəyə bu qədər təyyarə gətirilir, amma onları sürməyə mütəxəssis tapılmır». Cənab Qasımov onu da deyib ki, yaxın illərdə orta məktəblərdə peşə təhsilini yaxşılaşdırmaq və gəncləri həvəsləndirmək üçün kompleks tədbirlər həyata keçiriləcək.
Müəllimlərin əməkhaqqı sonuncu dəfə ötən ilin noyabrında artırılıb.