Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:02

«Həbsimdən sonra da «Azpetrol» lisenziyasız işləyib»


İqtisadi inkişaf naziri Fərhad Əliyev və daha 18 nəfər dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar

İqtisadi inkişaf naziri Fərhad Əliyev və daha 18 nəfər dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və daha 18 nəfərin məhkəməsində «Azpetrol» şirkətlər qrupunun prezidenti Rafiq Əliyev belə deyib.


«Hörmətli məhkəmə! Azərbaycanda satılan yanacağın təxminən 65 faizini «Azpetrol» verirdi. Şirkətin lisenziyası var idi. Yanacaqdoldurma məntəqələrinə lisenziyaların surəti verilməli idi. Bəzi məntəqələrə lisenziya verilməməsi ilə bağlı çox sonradan məlumat almışam». Məhkəmədə geniş reportajı «Yeni Müsavat» hazırlayıb.


«Makiavelli də, Zahid Oruc da haqlıdı, «hakimiyyət insanları korlayır». Deyərdik, hətta o dərəcədə ki, insan dövlət və millət üçün axırda təhlükə mənbəyinə çevrilir. Bu səbəbdən normal ölkələrdə ağıllı başlar eyni qüvvənin, yaxud şəxsin iki prezidentlik müddətindən (8-10 il) çox hakimiyyətdə qalmasını Konstitusiya ilə yasaqlayıblar. Ölkə üçün misilsiz xidmətlər göstərsələr belə»- «Yeni Müsavat»ın köşə yazarı Zahid Səfəroğlu «Makiavellini borclu çıxaranlar» məqaləsində belə yazır.


«Azadlıq» qəzeti yazır: «Azərbaycanda ən ucuz xəstəxananın urologiya şöbəsində bir əməliyyat üçün 700 manat pul lazımdır». Səhiyyə sistemindən bəhs edən yazı «Azərbaycanın bərbad səhiyyəsi» adlanır. «Ən maraqlısı odur ki, bütün bunların qarşılığında Səhiyyə Nazirliyinin səlahiyyət sahibləri xəstəxanalarda müalicə və müayinənin pulsuz olduğunu bildirirlər. Lakin problemlər bununla da qurtarmır».


İqtisadçı ekspert Sabit Bağırov bildirib ki, Azərbaycanda sosial narazılığın artması üçün hər cür şərait var. «Hazırda ölkədə manatın məzənnəsinin möhkəmlənməsi prosesi gedir. Eyni zamanda iqtisadiyyatın real sektorunun rəqabətə davamlılığı azalır». Ekspertin yazısı «Azadlığ»ın 4-cü səhifəsində yer alıb.


«Azərbaycanda peşəkar futbolçu yoxdur»-AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov «525»ə müsahibəsində belə deyib.


«Ötən dörd il ərzində futbolumuzda xoşagələn heç nə olmayıb. İldən-ilə vəziyyət yaxşılaşmaq əvəzinə, pisləşir. Hazırda futbola böyük məbləğdə vəsait ayrılır, amma bunlar müvəqqətidir. Ona görə ki, hansısa klub xərclədiyi pulun 50-60 faizini qazana bilmirsə, gec-tez iflasa uğrayacaq. Fikrimcə, indi Azərbaycan futbolu bataqlıqdadır. Belə davam etsə, biz batacağıq və köpüklər üzə çıxacaq. Onda isə gec olacaq».


Günün bütün mövzuları

XS
SM
MD
LG