Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:26

İşgəncələr Əleyhinə Komitə üç cəzaçəkmə müəssisəsində problemlər aşkar edib


Avqusun 8-də İşgəncələr Əleyhinə Komitə üç cəzaçəkmə müəssisəsində apardığı monitorinq zamanı çörək, su və həkim problemini müşahidə edib.


Komitənin sədri Elçin Behbudovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, Bakının Qızıldaş qəsəbəsində yerləşən 12, 13 və 14 saylı ümumi rejimli cəzaçəkmə müəssisələrində saxlanan məhbuslardan heç biri ona işgəncəylə bağlı müraciət etməyib. Behbudov deyir ki, o, müşahidə etdiyi problemləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinin diqqətinə çatdıracaq:


«Avropa standartlarına görə, karserin döşəməsi daşdan yox, taxtadan olmalıdır. Mən bu barədə şikayətimi Ədliyyə Nazirliyinin rəhbərliyinə çatdırmışdım. İndi cəzaçəkmə müəssisəsinin rəhbərləri mənə bildirdilər ki, artıq karserləin daş döşəməsini taxta ilə əvəz etmək üçün işlərə başlanıb».


«Nota-Bene» qəzetinin redaktoru Fərəməz Novruzoğluyla da görüşdüyünü deyən Elçin Behbudov bildirir ki, jurnalistin səhhətində ciddi problemlər yaranıb: «Amma Fərəməz Novruzoğlu mənə dedi ki, o, müayinə üçün müalicə müəssisəsinə köçürülməkdən imtina edib».


«Nota-Bene» qəzetinin redaktoru Fərəməz Novruzoğlu böhtan atmada təqsirləndirilərək iki il altı ay müddətinə həbs edilib.


XS
SM
MD
LG