Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13

«Analgin» istifadədən çıxarıla bilər


Saxta məhsullar əsasən MDB ölkələrindən, qismən də Hindistandan gətirilir

Saxta məhsullar əsasən MDB ölkələrindən, qismən də Hindistandan gətirilir

Səhiyyə Nazirliyinin Əczaçılıq Ekspert Şurası kütləvi istifadə olunan «analgin» dərman preparatını istifadədən çıxara bilər. Nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin rəhbəri Əbülfəz Abdullazadə «Azadlıq» radiosuna müsahibəsində bildirib ki, bu dərmanın tərkibində olan təsiredici maddənin insanda qan xərçəngi yaratması ehtimal olunur.


Dimedrol və marqanes kimi populyar dərmanların artıq apteklərdə açıq satışdan yığışdırıldığına aydınlıq gətirən Abdullazadə deyir ki, bu preparatların ölkəyə idxalı və satışı ciddi dövlət nəzarəti altında olduğundan onlar yalnız xüsusi həkim resepti əsasında buraxılır.


Paytaxt apteklərində saxta dərman preparatlarına rast gəlindiyini deyən cənab Əbülfəz Abdullazadə bildirir ki, onlar reydləri davam etdirəcəklər. Onun sözlərinə görə, saxta məhsullar əsasən MDB ölkələrindən, qismən də Hindistandan gətirilir.


Səhiyyə Nazirliyi bir müddət əvvəl apardığı reydlər nəticəsində 905 yararsız preparat aşkar edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG