Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:11

«Transxəzər» layihəsi ilə bağlı memorandum imzalanıb


Sənədlər İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində imzalanıb
Sənədlər İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində imzalanıb

Avqustun 8-də Qazaxıstan və Azərbaycanın dövlət neft şirkətləri «Transxəzər» layihəsinin birgə həyata keçirilməsi ilə bağlı memorandum imzalayıblar.


Qazaxıstanın «KazMunayQaz» və Azərbaycan Dövlət Neft Şirkəti bildiriblər ki, onlar həmçinin neft və qaz sahəsində əməkdaşlıqla bağlı saziş də imzalayıblar. Bu saziş Azərbaycan Dövlət Neft Şirkətinin infrastrukturundan müştərək istifadəni nəzərdə tutur.


«Transxəzər» qaz kəməri layihəsi Xəzərin o tayından qazın Azərbaycan, Gürcüstan və Türkiyə marşrutları ilə Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Avropa Birliyinin Rusiyadan qaz asılılığını azaltmağa hesablanıb. Hazırda Türkmənistan, Qazaxıstan və Özbəkistan öz qazını «Orta Asiya - Mərkəz» marşrutu üzrə Rusiya ərazisi ilə ixrac edir.


Sənədlər İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində imzalanıb.


Bundan başqa ölkələr arasında əməkdaşlıq barədə 4 saziş imzalanıb. Rəsmi səfər avqustun 8-də başa çatıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG