Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:22

Baş Prokurorluqda yeni təyinatlar olub


Azərbaycan Respublikası Baş Prokurorluğunun binası

Azərbaycan Respublikası Baş Prokurorluğunun binası

Azərbaycan Respublikası Baş Prokurorluğunda yeni təyinatlar olub.


Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Kamran Əliyev Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Respublika Prokurorluğunun Hüquqi Təminat Şöbəsinin sabiq rəisi İlqar Cəfərov isə Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəhbəri vəzifəsinə təyin olunublar.


Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Namiq Əsgərov isə Baş prokurorun müavini təyin edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG