Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47

Ali məktəblərə 2300 vakant yer var


Müsabiqədə 250-dən artıq bal toplamış şəxslər iştirak edə bilər

Müsabiqədə 250-dən artıq bal toplamış şəxslər iştirak edə bilər

Bu il tələbə qəbulunda plan üzrə təqdim olunan yerlərin 91 faizi dolub. Tibb Universitetinə, Slavyan Universitetinə, Dövlət İdarəçilik Akademiyasına, Rəssamlıq Akademiyasına, Naxçıvan Müəllimlər İnstitutuna vakant yer qalmayıb. Bu sözləri avqustun 7-də mətbuata açıqlamasında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.


Onun sözlərinə görə, dövlət ali məktəblərinin ödənişsiz fakültələrinə plan üzrə nəzərdə tutulan yerlərin 97,28 faizi, dövlət ali məktəblərinin ödənişli fakültələri üzrə yerlərin 92 faizi artıq dolub. Özəl ali məktəblər üzrə qəbul planı 70 faiz yerinə yetirilib.


Bu il keçid balını toplamış abituriyentlərə bir ərizə ilə həm ali, həm də orta ixtisas məktəblərinin vakant yerlərinə olan müsabiqələrə qatılmaq imkanı verilib. Müsabiqəyə 2300 vakant yer çıxarılacaq. Müsabiqədə 250-dən artıq bal toplamış şəxslər iştirak edə bilər.


Vakant yerlərə ərizələr yalnız elektron variantda qəbul ediləcək. Məleykə Abbaszadənin sözlərinə görə, bu, abituriyentlərin buraxa biləcəyi bütün yanlışlıqların qarşısını almaq məqsədi daşıyır. Xidmət avqustun 8-dən işə başlayacaq. TQDK sədri bildirir ki, gələn ildən abituriyentlərin əsas ərizələri də elektron variantda qəbul ediləcək.


XS
SM
MD
LG