Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10

Müsavat etiraz aksiyalarına başlayacaq


Müsavat yanvar ayında başlama ilə bağlı silsilə aksiyalar keçirmişdi

Müsavat yanvar ayında başlama ilə bağlı silsilə aksiyalar keçirmişdi

Müsavat partiyası sentyabrda etiraz aksiyalarına başlayacaq. Bu barədə «Azadlıq» radiosuna Müsavat başqanının müavini Mehman Cavadoğlu məlumat verib. O, bildirib ki, aksiyalar ölkədə müşahidə edilən qiymət artımıyla bağlıdır.


Müsavat aksiyalarda hökumətdən süni qiymət artımının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edəcək.


Etiraz aksiyaları digər partiyalar üçün də açıq olacaq. Mehman Cavadoğlu deyir ki, arzu edən siyasi partiyalar aksiyalara dəstək verə bilərlər.


Bu ilin yanvar ayında elektrik enerjisinin və yanacağın başlamasından sonra Müsavat partiyası qiymət artımına etiraz olaraq silsilə aksiyalar keçirmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG