Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:46

24345 abituriyent tələbə adını qazanıb


Məleykə Abbaszadə deyir ki, şikayətlərə avqustun 15-dən başlayaraq baxılacaq

Məleykə Abbaszadə deyir ki, şikayətlərə avqustun 15-dən başlayaraq baxılacaq

Bu tədris ilində 24345 abituriyent tələbə adını qazanıb. Ali məktəblərə dövlət planı isə 27464 olub.


Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə avqustun 7-də keçirdiyi mətbuat konfransında məlumat verib.


Bu il 3 nəfər qəbul imtahanlarında rekord həddə-700 bal toplayıb. Xətai rayonu Heydər Əliyev adına litseyin məzunu Emin Abbasov I qrup üzrə Bakı Dövlət Universitetinin İnformatika fakültəsinə, Binəqədi rayonu 247 saylı orta məktəbin məzunu Mustafayev Cavid II qrup üzrə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsinə və İsmayılbəyli Nərgiz IV qrup üzrə Tibb Universitetinin Müalicə işi fakültəsinin rus bölməsinə 700 balla qəbul olunub.


Məleykə Abbaszadə deyib ki, vətəndaşların qəbulla bağlı şikayətlərinə apellyasiya komissiyaları avqustun 15-dən başlayaraq baxacaq. Apellyasiya komissiyalarının ünvanları haqda məlumat TQDK-nın internet saytında yerləşdiriləcək. Bundan başqa, 141 saylı telefona zəng edib qəbul prosesi ilə bağlı ətraflı bilgi almaq mümkün olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG