Finlandiyada olan «Jovxar» çeçen ansamblının artistləri bu ölkədən siyasi sığınacaq istəyiblər.
Bu barədə «Kavkazski uzel» internet saytına folklor qrupunun bədii rəhbəri Bislan Saraliyev xəbər verib.
Ərizə verənlər arasında 18 adam, o cümlədən yeddi uşaq var.
Çeçenistan Mədəniyyət Nazirliyindən isə bildiriblər ki, siyasi sığınacaq istəyənlərin çeçen ansamblına heç bir aidiyyəti yoxdur.