Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:25

Alim Qasımovun yubileyinə hazırlıq başlayıb


Alim Qasımovun yubileyinin avqustun 14-də ailə daxilində qeyd ediləcəyi deyilir
Alim Qasımovun yubileyinin avqustun 14-də ailə daxilində qeyd ediləcəyi deyilir

Alim Qasımovun yubileyinə hazırlıq işləri davam edir. Muğam ustası, xalq artisti Alim Qasımovun xanımı Tamilla Qasımova bu sözləri «Turan»ın müxbirilə söhbətində söyləyib.


O, qeyd edib ki, A.Qasımovun 50 illik yubileyilə bağlı Türkiyədə nəşr edilən 3 kitabdan ibarət «Alim» trilogiyası artıq tam şəkildə Azərbaycana gətirilib. Xanım Qasımova bildirib ki, kitab Azərbaycan, rus və ingilis dillərində çap edilib, rus və ingilis dillərində çap edilən nüsxələrdə Azərəbaycan, onun təbii sərvətləri, elmi və iqtisadi potensialı, Qarabağ problemilə bağlı da annotasiyalar verilib.


T.Qasımova kitabın illüstrasiyalarla zəngin olduğunu və 1000 nüsxədə çap edildiyini söyləyib. Layihənin rəhbəri və kitabın müəllifi Natəvan Faiqqızıdır. Rəyçilər Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, rəssamı Mirteymurdur.


Bundan əlavə, A.Qasımovun «vizit kartı» olan 28 səhifədən ibarət büklet hazırlanır və yaxın günlərdə Türkiyədə nəşri gözlənilir. Eyni zamanda ABŞ və Kanadada yaşayan bir çox alimsevərlər ustad ifaçının saytını yaratmaqla məşğuldurlar.


T.Qasımova deyib ki, bundan əlavə, A.Qasımovun 50 illik yubileyilə bağlı onun barəsində yazılmış qəzet məqalələri arasında «ən yaxşı məqalə» müsabiqəsi keçirmək nəzərdə tutulur. Xanmın sözlərinə görə, jurnalist Mailə Muradxanlı və digər münsiflər A.Qasımov barəsində qəzetlərdə çap edilmiş 1500 məqalə üzərində işləyərək, bunların ən yaxşılarını müsabiqəyə cəlb etməyə çalışırlar.


Yubileyin harada və nə zaman keçiriləcəyinə gəlincə, T.Qasımova A.Qasımovun anadan olduğu 14 avqustun ailə daxilində qeyd ediləcəyini deyib. O, yubileyin ictimai təşkililə Mədəniyyət və Turizm Nazirliyinin məşğul olduğunu və yubileyin harada keçirilməsinin yaxın vaxtlarda razılaşdırılacağını, həmçinin sentyabr ayında keçirilə bilməsini istisna etmədiyini söyləyib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG