Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:54

«Ləzzətli və təhlükəli qarpız...»


Qarpız alarkən diqqətli olmaq, saplağına fikir vermək lazımdır
Qarpız alarkən diqqətli olmaq, saplağına fikir vermək lazımdır

«Ekspress» qəzetinin 7 avqust tarixli sayında dərc olunan məqalələrdən biri belə adlanır. Qəzet yayda qidadan zəhərlənənlərin sayı artdığını yazır.


Yay mövsümündə qidadan zəhərlənmə faktlarının sayı artır. Təkcə Bakı şəhərində isti aylarda yüzdən artıq qida zəhərlənməsi qeydə alınıb. Daha çox müşahidə edilən və ən təhlükəli sayılan zəhərlənmələr qarpız və yemişlə bağlıdır. Gigiyena və Epidemiologiya Mərkəzindən «Ekspress»ə verilən məlumata görə, müşahidə edilən yüzdən artıq faktın çoxu məhz qarpızdan zəhərlənmə ilə bağlıdır.


Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev sözlərinə görə, meyvə-tərəvəzlərin tez yetişməsi üçün onlara vurulan müxtəlif kimyəvi maddələr, nitrat turşuları orqanizm üçün çox təhlükəlidir: «Bu maddələr əsasən tərəvəzin qabıq və qabıqaltı nahiyəsinə toplanır. Meyvə-tərəvəzin qabığını qalın soymaq lazımdır ki, zəhərlənmə təhlükəsi az olsun».


S.Vəliyev bildirir ki, tez yetişməsi üçün qarpıza da kimyəvi maddələr vurulur. Bu, normadan artıq olduqda orqanizmdə toksinlər artır və zəhərlənmə halları yaranır. O, qeyd etdi ki, qarpız alarkən diqqətli olmaq, onun saplağına diqqət yetirmək, yeni qarpızı köhnəsindən fərqləndirmək lazımdır.


Məqalə müəllifi Röyaya münasibətini bildirən həkim-infeksionist Hakim Osmanlının fikrincə, günün altında meyvə-tərəvəz satmaq qadağan olunmalıdır. O, meyvə-tərəvəz aldıqda keyfiyyətə diqqət yetirməyin vacib olduğunu da bildirib. Həkimin sözlərinə görə, meyvə-tərəvəzi, göy-göyərtini soyuq su ilə yuduqdan sonra ilıq su ilə də yenidən yumaq lazımdır. Məqalə ilə qəzetin 2-ci və 12-ci səhifələrində yer alıb.


«Əli Əhmədovun bir vaxtlar öyüb-təriflədiyi Əli İnsanov barədə tənqid-qarğış ruhlu palaz-palaz müsahibələrinə qəribsədiyim bu günlərdə Zahid Orucun müsahibəsi eynimi açdı. Oxuyub olmazın ləzzət aldım. Hər şeyin ifrat şəkli kənardan məzəli görünür axı. Tərif və mədhiyyə də, qarğış və bəddua da, yaltaqlıq və qorxu da, yalan və həyasızlıq da... Komediya janrı əslində belə ifratçılıqlardan yaranıb». «Yeni Müsavat»ın köşə yazarı Famil Cəfərli Zahid Orucun qəzetlərində dərc olunan müsahibəsi barədə belə yazıb. Həmin müsahibədə Zahid Oruc İlham Əliyevi birinci Pyotrla müqayisə etmişdi.


«Zahid Oruc onu da deyib ki, bu gün İlham Əliyevin üzərinə I Pyotrun missiyası düşür. Hələ tələbəlik illərindən o dəqiq yadımdadır ki, 309 rus, 462 əcnəbi tarixçi-alim I Pyotr haqqında monoqrafiya yazıb. Bu əsərlərin ən sanballısı məşhur rus tarixçisi Tutçevin qələminə məxsusdur. Gəlin onun bu sözünü bir yerdə təkrarlayaq: «I Pyotra qədərki rus tarixi cənazə duası idi, ondan sonrakı tarix isə böyük bir cinayət işidir».


«Azadlıq» qəzeti Bakı dəmiryolu vağzalından reportaj hazırlayıb. Müəllif Aqil Xəlil vağzalda bilet satışında olan problemlərdən bəhs edib. «Bakı dəmiryol vağzalına yollanıram. Deyirlər bir ay sonraya belə Rusiyaya bilet yoxdur. Satılıb-qurtarıb. Kassaların qabağında ucu-bucağı görünməyən növbələrdə inləyən, təşviş və narahatlıq keçirən insanlardan bir neçəsi ilə söhbətləşirəm. Bir həftədən çox Moskvaya bilet ala bilməyən Şəmkir rayon sakini Əli Baxşalıyev vağzaldakı nizam-intizam qaydalarından şikayətlənir».


Jurnalist bilet satışını öyrənmək üçün müxtəlif kassalara yaxınlaşır. Hər dəfədə eşitdiyi eyni sözlər olur: «Bilet yoxdur». Məqalə qəzetin 7-ci səhifəsində yer alıb.


Milli Məclisin orqanı olan «Azərbaycan» qəzeti «Dövlət borcu haqqında» Azərbaycan Respublikasının qanununu dərc edib. Bundan əlavə qəzetin birinci səhifəsində «Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında» prezident fərmanını çap olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG