Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Rusiya Britaniyadan ət gətirilməsini qadağan edib


Rusiya müvəqqəti olaraq Böyük Britaniyadan ölkəyə heyvandarlıq məhsullarının idxalını qadağan edib. Səbəb Böyük Britaniyada dabaq xəstəliyinin baş qaldırmasıdır.

Xəstəlik avqustun 4-də İngiltərənin cənub-qərbindəki fermada aşkarlanıb. Virusun mənbəyi artıq müəyyənləşdirilib - Britaniya alimləri onu hələ 30 il əvvəl tədqiq ediblər.


Böyük Britaniyada heyvandarlıq məhsullarının ixracına və mal-qaranın daşınmasına qadağa qoyulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG