Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:48

İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində ikitərəfli sənədlər imzalanacaq


Avqustun 7-8-də Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfər edəcək. Səfər zamanı ikitərəfli danışıqlar keçiriləcək, iki ölkə prezidenti iqtisadi əməkdaşlığın dərinləşməsi və genişlənməsi, həmçinin siyasi xarakterli məsələləri müzakirə edəcəklər. Bu barədə «Turan»a məlumatlı diplomatik mənbə xəbər verib.


Danışıqların nəticələrinə əsasən iqtisadi sahədə bir sıra hökumətlərarası sazişlər imzalanacaq. Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər, İtisadi İnkişaf nazirləri, ARDNŞ-in prezidenti və digər rəsmi şəxslər olacaq.


Diplomatik mənbələrin məlumatına əsasən, Astanada danışıqlar və məsləhətləşmələr zamanı əsas məsələlər enerji və nəqliyyat, regional təhlükəsizlik, Xəzərdə əməkdaşlıq və beynəlxalq sturkturlarda fəaliyyətlərin koordinasiyası olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG