Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:02

Rusiyada 4 milyon cütlük sonsuzluqdan əziyyət çəkir


Rusiya İnsanın Reproduksiyası Assosiasiyasının hesablamalarına əsasən, bu ölkədə reproduktiv yaşında olan 4 milyondan çox cütlük və ya əhalinin 15 faizindən çoxu sonsuzluqdan əziyyət çəkir.

Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, sonsuzluq amili Rusiyada demoqrafik vəziyyətə ciddi təsir edir.


Dünyada sonsuzluqdan əsas müalicə metodu süni mayalandırma sayılır. Rusiyada bu metod məsələn, Danimarka ilə müqayisədə azı 20 dəfə az tətbiq olunur. Süni mayalandırmadan belə az istifadənin səbəbləri çoxdur. Buraya əhalinin aşağı ödəmə qabiliyyətini, bir çox sonsuzluq növləri üzrə dövlət dəstəyinin olmamasını və embrioloq–klinistlərin sayının kifayət qədər olmamasını aid etmək olar.


Rusiya İnsanın Reproduksiyası Assosiasiyasının prezidenti, professor Vladimir Korsak hesab edir ki, vətəndaşların reproduktiv hüquqlarının müdafiəsi haqqında qanuna ehtiyac var.


XS
SM
MD
LG