Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:18

«Bakıelektrikşəbəkə» enerji xətlərini yeniləyir


«Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakının Səbail və Nəsimi rayonlarında yerləşən bütün tarixi və arxitektur binaların enerji xətlərini yenilərilə əvəzləyib. Artıq bu binalara elektrik enerjisi yeraltı xətlərlə verilir. Bunu «Azadlıq» radiosuna «Bakıelektrikşəbəkə» ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, hava naqilləri həm şəhərin ümumi görünüşünə xələl gətirir, həm də Bakı üçün xarakterik olan küləkli havada enerji təchizatında ciddi problemlər yaradırdı.


Mustafayev payız-qış mövsümündə abunəçilərə fasiləsiz və dayanıqlı enerji verilməsi üçün hava xətlərinin yeraltı xətlərlə əvəz edilməsi üzrə təmir-tikinti işlərinin paytaxtın bütün rayonlarında davam etdirildiyini bildirir.


«Bakıelektrikşəbəkə» ASC Bakı və ətraf qəsəbələri elektrik enerjisi ilə təchiz edir.


XS
SM
MD
LG