Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:50

Müşfiq Hüseynovun işiylə bağlı ikinci jurnalist də həbs oluna bilər


Müşfiq Hüseynov istintaqa verdiyi ifadəsində ona qarşı irəli sürülən ittihamı böhtan adlandırıb
Müşfiq Hüseynov istintaqa verdiyi ifadəsində ona qarşı irəli sürülən ittihamı böhtan adlandırıb

Avqustun 6-da «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynova istintaq qrupu təqdim olunacaq. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Müşfiq Hüseynovun vəkili Vüqar Xasıyevin sözlərinə görə, hələlik onlar istintaq qrupunda kimlərin təmsil olunacağını bilmədiklərindən yalnız tanışlıqdan sonra öz münasibətlərini açıqlayacaqlar.


«Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev mətbuata Müşfiq Hüseynovun işiylə bağlı ikinci jurnalistin də həbs oluna biləcəyi ehtimalını səsləndirib. Bahəddin Həziyev bu ehtimalını Milli Təhlükəsizdik Nazirliyinin yaydığı əməliyyat çəkilişində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rizvan Əliyevin «danışdığımız kimi 1000 dollar ona çatacaq» ifadəsiylə əsaslandırıb. Bahəddin Həziyevin fikrincə, bu jurnalist «Bizim yol» qəzetinin əməkdaşı olmaya da bilər.


Vəkil Vüqar Xasıyev isə deyir ki, Müşfiq Hüseynov hələlik ifadəsində heç bir jurnalistin adını açıqlamayıb.


Ötən ay Müşfiq Hüseynov 3 ay azadlıqdan məhrum edilib. O, rüşvət almaqda ittiham edilir. Jurnalist özü isə bu ittihamları rədd edir. Vəkil deyir ki, Müşfiq Hüseynov avqustun 1-də də istintaqa verdiyi ifadəsində də ona qarşı irəli sürülən ittihamı böhtan adlandırıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG