Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:30

Təbriz zindanında azərbaycanlı fəallara işgəncələr davam edir


Həbs olunmuş fəallarının bir neçə dəfə aclıq aksiyası keçirdiyi xəbər verilir

Həbs olunmuş fəallarının bir neçə dəfə aclıq aksiyası keçirdiyi xəbər verilir

Təbriz zindanında saxlanılan azərbaycanlı fəal Çingiz Bəxtavər həbsi və son məhkəmə hökmünün qeyri-qanuni olmasına dair millət vəkili Əkbər Ələmi və İranın baş prokuroru Ayətullah Şahrudiyə açıq məktublarla müraciət edib.


O, İran Azərbaycanında gedən milli və mədəni fəaliyyətlərin İran konstitusiyası və beynəlxalq qanunlar çərçivəsindən kənar olmadığını bildirərək, özü və başqa fəalların həbs edilməsinin insan haqlarını pozduğunu bildirib.


Cənab Bəxtavər son məhkəmə hökmündən iki gün əvvəl və üç gün sonra yazdığı hər iki məktubunda istintaq vaxtı mənəvi və fiziki işgəncələrə məruz qaldığını yazır. O, bu müddət ərzində eni bir metr, boyu iki metrlik bir daxmada gözləri bağlı vəziyyətdə sorğu-suala tutulduğunu bildirib.


2006-cı ilin kütləvi etirazlarının ildönümü ərəfəsində heç bir qanuni səbəb göstərilmədən iş yerindən aparılan Çingiz Bəxtavər üç ay ittihamsız həbs edildikdən sonra iyulun 29-da Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə o, daha 15 ay həbsdə saxlanılmalıdır. Azad edildikdən sonra da 6 aya qədər ölkəni tərk edə bilməyəcək.


Üç aydır məhkəməsiz Təbriz həbsxanasında saxlanılan başqa fəal-Əmir Abbas Bənayi Kaziminin də həbsdə işgəncələrə məruz qaldığı bildirilir.


Bu haqda ilk dəfə «Amerikanın Səsi»nə müsahibə verən cənab Bənayi Kaziminin anası Cəmilə Kazimi eyni zamanda bildirib ki, oğlu nişanlıdır və həbs ediləndən bəri nişanlısının onu həbsxanada ziyarət etməsinə icazə verilməyib. Oğlunun işgəncələr verildiyini söyləyən Cəmilə Kazimi ona qarşı irəli sürülən ittihamların sadəcə türk dilini müdafiə etməsi ilə bağlı olduğunu bildirib.


Fəalın həbs müddəti ərzində bir neçə dəfə aclıq aksiyası keçirdiyi xəbər verilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG