Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

Bu gün Türkiyədə hökumətin formalaşmasına start verilə bilər


Ərdoğan jurnalistlərə bildirib ki, hökuməti bir həftə ərzində formalaşdırmağı nəzərdə tutur

Ərdoğan jurnalistlərə bildirib ki, hökuməti bir həftə ərzində formalaşdırmağı nəzərdə tutur

«Türkiyədə yeni parlamentin üzvlərinin and içərək səlahiyyətlərinin icrasına başlamasından sonra ölkədə yeni hökumətin formalaşması prosesinə avqustun 6-da start veriləcək. Prezident Əhməd Necdət Sezərin parlamentdə çoxluq təşkil edən AKP-nin lideri Rəcəb Taiyb Ərdoğanla görüşərək ona hökuməti formalaşdırmağı tapşıracağı gözlənilir». «Yeni Müsavat» yazır ki, Ərdoğan jurnalistlərə bildirib ki, hökuməti bir həftə ərzində formalaşdırmağı nəzərdə tutur. Əvvəlki kabinetdə yer alan bəzi nazirlərin əvəzlənəcəyi gözlənilir. Türkiyə parlamenti beş gün ərzində yeni başqanını da seçməlidir.


«Yeni Müsavat»ın bazar ertəsi sayında «Azadlıq» partiyasının sədri Əhməd Orucla müsahibə, regionda PKK təhlükəsi ilə bağlı yazılarla tanış olmaq olar.


«Van der Sar «Çelsi»ni Superkubokdan etdi»- «Futbol+» qəzeti İngiltərə Superkuboku uğrunda oyunda «Celsi»-«Mancester Yunayted» qarşılaşmasını belə qiymətləndirib. Bundan əlavə qəzetdə «Futbolçularımızın pisixoloji problemləri var», «Fanklub Qurban Qurbanovun işindən razıdır» kimi yazılarla da «Futbol+»un 6 avqust tarixli sayında tanış olmaq olar.


«Azadlıq» qəzeti bazar ertəsi xüsusi buraxılış dərc edib. «Prestij» adlanan buraxılışda sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həftə boyu keçirilmiş məhkəməsindən hazırlanmış geniş reportajlar yer alıb. Qəzet iddia edir ki: «Cəmiyyət belə düşünür ki, o, cinayətkarları barmağı ilə göstərə bilər».


Günün bütün mövzuları

XS
SM
MD
LG