Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:51

Riçard Hoqland ABŞ-ı Ermənistanda təmsil etməyəcək


Hoqland 1915-ci il hadisələrini tanıyır, amma onları soyqırımı saymır
Hoqland 1915-ci il hadisələrini tanıyır, amma onları soyqırımı saymır
ABŞ prezidenti Corc Buş nəhayət ki, ABŞ-ın erməni icmasının ondan bir ildir ki, gözlədiyi qərarı verdi – o, ABŞ-ın Yerevandakı səfiri vəzifəsinə irəli sürdüyü Riçard Hoqlandın namizədliyini geri götürdü. Hərçənd, hələ bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Rudolf Perina deyirdi ki, «səfirin namizədliyi məsələsində Ağ Evin mövqeyi dəyişməzdir».

ABŞ senatının Xarici İşlər Komitəsi Riçard Hoqlandın namizədliyini iki dəfə rədd edib. Hər iki halda Nyu-Cersidən olan senator Robert Menendez veto hüququndan istifadə edib. O deyib ki, «ermənilərin soyqırımını inkar edən adam ABŞ-ın Ermənistandakı maraqlarını qoruya bilməz».


Komissiyadakı dinləmələrdə Hoqland bildirib ki, 1915-ci il hadisələrini tanıyır, amma onları soyqırımı saymır. Mahiyyət etibarilə o, ABŞ administrasiyanın mövqeyini ifadə edib.


«Bu həqiqətən də yaxşı xəbərdir. Aydın idi, ki, Hoqlandın Ermənistanda səfir vəzifəsinə namizədliyi mübahisəlidir. Ümidvaram ki, növbəti namizədimiz bu problemə anlaşıqlı yanaşacaq. O, Ermənistandakı bizim dostlarla yaxşı münasibətlərə yardım edəcək – deyə senator Robert Menendez bildirib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG