Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

Böyük Britaniyadan ət və mal-qaranın çıxarılması qadağan edilib


Altı il əvvəl xəstəlik Britaniya iqtisadiyyatına böyük ziyan vurmuşdu

Altı il əvvəl xəstəlik Britaniya iqtisadiyyatına böyük ziyan vurmuşdu

Britaniyanın heyvandarlıq məhsullarına qadağa qoyulub. Bu, heyvanlar arasında dəhşətli dabaq xəstəliyinin yayılması ilə bağlıdır.

Britaniya paytaxtının yaxınlığında yerləşən fermalarda dabaq xəstəliyinə tutulma halları təsdiq olunub.


Fermalar ətrafındakı 3 kilometrlik ərazidə bütün heyvanlar məhv ediləcək. Artıq 10 kilometrlik zonada karantin elan olunub.


Ağızda dabaq xəstəliyinin təzahürü
Böyük Britaniyanın Baş naziri Qordon Braun vəziyyəti o qədər ciddi sayıb ki, ezamiyyətini yarımçıq qoyaraq, Londona qayıdıb. Məsələ ilə Britaniyanın Fövqəladə Hallar Nazirliyi məşğul olur.


Altı il əvvəl Britaniya adalarında dabaq xəstəliyinin baş qaldırması ölkə iqtisadiyyatına böyük ziyan vurmuşdu.


Avropa Birliyi daxilində standart ehtiyat tədbiri kimi, dabaq xəstəliyi tapılan ölkədən heyvandarlıq məhsullarının ixracı dayandırılır.


Məlumatlara əsasən, Böyük Britaniya ixracı özü dayandırıb. Avropa Birliyi bu qərarın əsaslığını yoxlayır.



Dabaq xəstəliyinin əlamətləri belədir - heyvanlarda ağız köpüklənir, iştahasızlıq yaranır və dırnaqlarını yara basır.



Günün bütün mövzuları

XS
SM
MD
LG