Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

«Bizim yol» qəzetinin maliyyə sənədləri müsadirə olunub


Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarsı Mübarizə İdarəsinin əməkdaşları avqustun 3-də «Bizim Yol» qəzetinin maliyyə sənədlərini aparıblar.

Müstəntiqlər Müşfiq Hüseynovun işi ilə əlaqədar qəzetin maliyyə sənədlərinin müsadirə olunması haqqında məhkəmə qərarını təqdim ediblər. Qəzetin nəşri və yayılması haqqında müqavilələr və başqa sənədlər müsadirə edilib.


Qəzetin baş redaktoru Bahəddin Həziyev deyir ki, bu sənədlərin istintaqın nəyinə lazım olması barədə hər hansı bir aydın izahat verilməyib.


«Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov iyulun 24-də rüşvət alma ittihamı ilə həbs olunub. Jurnalist həbsi böhtan adlandırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG