Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:52

Müşfiq Hüseynovla bağlı alternativ araşdırma aparılacaq


Bir qrup hüquq müdafiə təşkilatları hazırda həbsdə olan «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovla bağlı İşçi Qrup yaratmaq qərarına gəliblər.


Bu barədə «Azadlıq» radiosuna ideyanın təşəbbüskarlarından Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu qurum Müşfiq Hüseynovla bağlı alternativ araşdırma aparacaq.


Müşfiq Hüseynov hədələmə yolu ilə rüşvət almaqda ittiham edilir. İyulun 25-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG