Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:06

İyulda söz və mətbuat azadlığı sahəsində 85 qanun pozuntusu olub


Ötən ay ərzində jurnalistlərə qarşı 85 qanun pozuntusu qeydə alınıb

Ötən ay ərzində jurnalistlərə qarşı 85 qanun pozuntusu qeydə alınıb

Təkcə iyul ayında Azərbaycanda bütünlükdə söz və mətbuat azadlığı sahəsində 85 qanun pozuntusu qeydə alınıb. Demokratik Jurnalistlər Liqası «Media problemlərinin monitorinqi, jurnalistlərə hüquqi və maddi yardım» layihəsi çərçivəsində iyul ayında apardığı monitorinqin nəticələrini açıqlayıb.


Monitorinq dövründə 3 KİV əməkdaşı polis zoraklığına məruz qalıb, bir jurnalist naməlum şəxs tərəfindən hədələnib, 4 KİV əməkdaşı aclıq aksiyası keçirib, bir mətbuat orqanı nəşrini dayandırıb, Azərbaycanda yayımlanan bir xarici telekanalın fəaliyyəti dayandırılıb.


Bundan əlavə, adı çəkilən dövrdə bir redaktora qarşı milli, dini, irqi nifrət və düşmənçilik maddəsilə ittiham irəli sürülüb, bir KİV əməkdaşı isə rüşvət almaqda ittiham olunaraq, barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG