Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47

Apellyasiya Məhkəməsi Müşfiq Hüseynov haqda həbs qərarını qüvvədə saxlayıb


Avqustun 3-də Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov haqda çıxardığı həbs qərarını qüvvədə saxlayıb. Bu barədə «Azadlıq» radiosuna M.Hüseynovun vəkili Vuqar Xasayev məlumat verib.


İyulun 25-də Nəsimi Rayon Məhkəməsi Müşfiq Hüseynov haqda 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar verib. Müşfiq Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rizvan Əliyevdən hədə yolu ilə rüşvət almaqda günahlandırılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG