Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:17

«Sanatoriya və kurortlar haqqında» qanun layihəsi hazırlanır


«Pullar Antalyaya, Dubaya axmaz, Azərbaycanda qalar»

«Pullar Antalyaya, Dubaya axmaz, Azərbaycanda qalar»

Parlament «Sanatoriya və kurortlar haqqında» qanun layihəsi üzərində işləyir. Bu haqda «Azadlıq» radiosuna parlamentin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbəli deyib. Onun sözlərinə görə, məqsəd həm yeni iş yerlərinin açılması, həm də xaricdə istirahət edən ölkə vətəndaşının pulunun Azərbaycanda qalmasını təmin etməkdir.


«İş yerləri yaradılması baxımdan da bu sahə prioritetdir. Amma bu qanun layihəsi ilə bağlı maliyyə dəstəyi də verilməlidir. O zaman daha artıq gəlir götürmək olar və pullar Antalyaya, Dubaya axmaz, Azərbaycanda qalar. Yesentukiyə gedəndə elə bil Bakıdasan. Oradakı şərait heç də Azərbaycandan yaxşı deyil. Bir qədər vəsait qoyulub. Bizim hökumət də artıq bu haqda düşünür».


Hadı Rəcəbli qanun layihəsinin gələn sessiyada müzakirəyə çıxarılacağın deyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG