Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:16

Amerika və Rusiya ekspertləri Qəbələ RLS-i bir də sentyabrda müzakirə edəcəklər


Amerika və Rusiya ekspertləri Qəbələ RLS-i bir də sentyabrda müzakirə edəcəklər. Bu barədə Amerikanın Rusiyadakı səfirliyinə istinadla «İnterfaks» Agentliyi məlumat yayıb. Görüş Moskvada keçiriləcək.


İki ölkənin ekspertləri bu həftənin əvvəli Vaşinqtonda görüşüblər və Amerika Dövlət Departamenti görüşün müsbət atmosferdə keçdiyini bildirib.


Amerika öz raketdən müdafiə sistemini Şərqi Avropada qurmaq istəyir. Vaşinqton bildirir ki, bu, İran və Şimali Koreyadan qorunmaq üçündü. Rusiya bunun müqabilində Azərbaycandakı radarı istifadə etməyi təklif edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG