Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

«Talışı sədo» qəzetinin əməkdaşlarının həbs müddəti uzadılıb


«Talışı sədo» qəzetinin redaktoru Novruz Məmmədovun və bu qəzetin məsul katibi Elman Quliyevin həbs müddəti dekabrın 3-nə qədər uzadılıb. Bu barədə «Azadlıq» radiosuna vəkil Ramiz Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, Səbail Rayon Məhkəməsində bu qərarın verilməsi prosesində təqsirləndirilənlər iştirak etməyiblər.


Novruz Məmmədov və Elman Quliyev bu ilin fevralında həbs ediliblər. Onlar vətənə xəyanətdə ittiham edilirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG