Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:24

ATƏT gələn ay dialoqla bağlı yenidən müzakirələrə başlamaq niyyətindədir


ATƏT-in Bakı ofisi sentyabr ayında siyasi qüvvələr arasında dialoq istiqamətində yenidən müzakirələrə başlamaq niyyətindədir. Bunu avqustun 2-də jurnalistlərlə söhbətində ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero deyib. Diplomatın sözlərinə görə, siyasi qüvvələr arasında dialoq demokratik proseslərin gedişində çox vacib amildir.


ATƏT-in Bakı ofisinin rəhbəri həmçinin deyib ki, dialoq prosesində mövqelərin həmişə üst-üstə düşməməsi də təbidir. Çünki bu da demokratiyanın göstəricisidir.


ATƏT-in Bakı ofisi parlament seçkiləri ərəfəsində də siyasi qüvvələrin dialoqu istiqamətində bir sıra təşəbbüslər göstərmişdi. Ancaq bu təşəbbüslər ciddi nəticə verməmişdi.


XS
SM
MD
LG