Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:32

Azərbaycan Yunanıstana qaz nəql edəcək


Nazirlər Azərbaycan qazının Yunanıstana nəqli ilə bağlı birgə memorandum imzalayırlar
Nazirlər Azərbaycan qazının Yunanıstana nəqli ilə bağlı birgə memorandum imzalayırlar

Azərbaycan qazının Yunanıstana nəqli ilə bağlı avqustun 2-də iki ölkənin iqtisadi inkişaf nazirlikləri arasında birgə memorandum imzalanıb. Yunanıstan iqtisadi inkişaf naziri Dimitris Syufasın dediyinə görə, Yunanıstan ildə 2 milyard kub metr qaz qəbul edə bilər. Onun sözlərinə görə, bu sənəd Azərbaycan qazının Avropa Birliyinə üzv olan Yunanıstana və gələcəkdə bu ölkə vasitəsilə Avropaya ötürülməsində mühüm rol oynayacaq.


İqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, Azərbaycan qazının Yunanıstana nəqli bu ilin sonuna qədər baş tuta bilər.


Onun sözlərinə görə, iyulun 26-da Romada Azərbaycan, Yunanıstan, Türkiyə və İtaliya nümayəndələrinin birgə toplantısında Yunanıstan vasitəsilə Azərbaycan qazının İtaliyaya nəqli məsələsi də müzakirə edilib. Cənab Babayevin sözlərinə görə, ilin sonuna qədər bu məsələ ilə bağlı dördtərəfli memorandum imzalana bilər.


Nazir deyir ki, 2010-cu ildən başlayaraq Azərbaycan özü müstəqil şəkildə Avropa ölkələrinə qaz nəqli ilə bağlı müqavilələr imzalayacaq.


Yunanıstanın nazirin sözlərinə görə, onun ölkəsindəki özəl şirkətlər neft-qazla bağlı Azərbaycanın Dövlət Neft Şirkəti ilə müəyyən sazişlər imzalamaqda maraqlıdırlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG