Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:11

«Siyasi qüvvələrlə icra orqanları arasında ortaq məxrəc tapılmalıdır»


«Sərbəst toplaşmaq azadlığı» haqqında qanunun təkmilləşdirilməsi yaxın vaxtlarda başa çatacaq»
«Sərbəst toplaşmaq azadlığı» haqqında qanunun təkmilləşdirilməsi yaxın vaxtlarda başa çatacaq»

Biz ümid edirik ki, «Sərbəst toplaşmaq azadlığı» haqqında qanunun təkmilləşdirilməsi prosesi yaxın vaxtlarda başa çatacaq. Bunu «Azadlıq» radiosuna müsahibəsində ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero deyib. Onun sözlərinə görə, kütləvi aksiyalara münasibətdə siyasi qüvvələrlə icra orqanlarının mövqeyində ortaq məxrəc tapılmalıdır:


«Burda iki mövqe var. Birincisi siyasətçilərin mövqeyidir. Onların öz etirazlarını bildirmək hüququ var. İkincisi isə kifayət qədər legitim və əsaslı saylan icra aparatının narahatlığıdır. Onlar fikirləşir ki, şəhərin normal həyatı pozulmamalıdır. Ancaq bu iki mövqe arasında balans tapılmalıdır».


Prezidentin İcra Aparatının İctimai-siyasi şöbənin müdiri Əli Həsənov bir qədər əvvəl mətbuata bildirib ki, prezident seçkisi ərəfəsində müxalifət istədiyi yox, mümkün olan yerdə aksiya keçirə bilər.


Müxalifət isə bunu sərbəst toplaşmaq azadlığının pozulması kimi dəyərləndirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG