Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Mətyu Brayza Bakıya gəlib


Mətyu Brayza Bakıdan öncə Tbilisi və Yerevanda olub

Mətyu Brayza Bakıdan öncə Tbilisi və Yerevanda olub

ABŞ dövlət katibi müavininin enerji, təhlükəsizlik, demokratik islahatlar üzrə yardımçısı, ATƏT-in Minsk qrupunun həmsədri Mətyu Brayza Bakıya gəlib. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, cənab Brayza avqustun 2-si və 3-də ölkə rəsmiləri ilə danışıqlar aparacaq.


Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyevlə görüşlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesindəki vəziyyət də müzakirə olunacaq. Amerikalı həmsədr avqustun 1-də Moskvada digər həmsədrlərlə keçirdiyi məsləhətləşmələr və Rusiya xarici işlər nazirinin müavinləri Qriqori Karasin və Aleksandr Qruşko ilə keçirdikləri görüşlər barədə Azərbaycan tərəfini məlumatlandıracaq.


Mətyu Brayza Bakıdan öncə Tbilisi və Yerevanda olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG