Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:57

Azərbaycan kinosunun 109 yaşı tamam olur


İlk Azərbaycan filmi fotoqraf və kinooperator A.M.Mişon tərəfindən çəkilib
İlk Azərbaycan filmi fotoqraf və kinooperator A.M.Mişon tərəfindən çəkilib

Avqustun 2-də Azərbaycan kinosunun 109 yaşı tamam olur.


İndiyə qədər Azərbaycanda 3000-dən artıq film istehsal olunub. Bunlardan 300-ə qədəri tammetrajlı bədii filmdir. Eyni zamanda 20-yə qədər cizgi filmi, 50-yə qədəri tammetrajlı sənədli film, 1100-dən çox qısametrajlı sənədli film hazırlanıb.


Bir neçə il bundan əvvəl Azərbaycan kinosunun tarixi 1916-cı ildə çəkilmiş «Neft və milyonlar səltənətində» (rejissor B.Svetlov) filmi hesablanırdı. Lakin sənətşünas-alim Aydın Kazımov Moskvadakı Lenin adına kitabxanadan tapıb əldə etdiyi sənədlə Azərbaycan kinosunun tarixini dəqiqləşdirib 20 il irəli çəkdi.


İlk Azərbaycan filmi Bakıda 25 ildən artıq yaşayıb yaratmış fotoqraf və kinooperator A.M.Mişon tərəfindən çəkilib.


Onun çəkdiyi «Bibiheybətdə neft fontanı yanğını» və «Balaxanı neft mədənində fontan» xronikal filmləri 1898-ci il avqustun 2-də nümayiş olunub. Həmin filmlər hazırda Beynəlxalq Kino Arxivləri Federasiyasında saxlanılır. Beləliklə, Azərbaycan kinosunun yaşı 1898-ci il avqustun 2-dən hesablanır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG