Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:08

Həmsədrlər Rusiya Xarici İşlər nazirinin müavini ilə məsləhətləşmələr aparıblar


Moskvada ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bağlı qapı arxasında keçirilən məsləhətləşmələri başa çatıb. Məsləhətləşmələrdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi də iştirak edib.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentindən AzərTAc-a bildiriblər ki, elə həmin gün həmsədrlər və ATƏT-in sədrinin şəxsi nümayəndəsi Rusiya Xarici İşlər nazirinin stats-katibi və müavini Qriqori Karasinlə işgüzar məsləhətləşmələri davam etdiriblər. Söhbət zamanı əsas nizamasalma prinsiplərinin razılaşdırılmasına dair danışıqlar prosesinin vəziyyəti, perspektivləri və digər məsələlər müzakirə olunub.
XS
SM
MD
LG